Putin Aİ-nin Rusiya gübrələrinə qoyduğu məhdudiyyətlə bağlı BMT-yə çağırış edib

Vladimir Putin

© APA | Vladimir Putin

# 16 sentyabr 2022 12:55 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin BMT katibliyini Avropa İttifaqından Rusiya gübrələrinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində çıxışında bildirib.

O, BMT katibliyini Avropa Komissiyasının qərarına təsir göstərməyə və Aİ-dən Rusiya gübrələrinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.

Putin Rusiya Federasiyasının inkişaf etməkdə olan ölkələrə pulsuz olaraq 300 min ton gübrə göndərməyə hazır olduğunu təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR