Putin avtomobillə Krım körpüsündən keçib

Putin avtomobillə Krım körpüsündən keçib
# 05 dekabr 2022 18:25 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin təmirdən sonra yenidən istifadəyə verilən Krım körpüsündən avtomobillə keçib.

APA TASS-a istinadən xəbər verir ki, Putin sükan arxasında körpü ilə hərəkət edib və eyni zamanda, Baş nazirin müavini Marat Xusnullinin hesabatını dinləyib.

Xatırladaq ki, Krım körpüsündə oktyabrın 8-də partlayış baş vermişdi. Bundan sonra, körpü üzərindən hərəkət məhdudlaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR