Putin BƏƏ Prezidenti ilə Rusiya nefti üçün qoyulan qiymət həddini müzakirə edib

Putin BƏƏ Prezidenti ilə Rusiya nefti üçün qoyulan qiymət həddini müzakirə edib
# 07 dekabr 2022 13:54 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd Əl Nəhyanla telefon danışığı aparıb.

APA-nn Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı oktyabrın 11-də Sankt-Peterburqda keçirilən yüksək səviyyəli görüş zamanı əldə olunmuş razılaşmalar nəzərə alınmaqla, Rusiya-BƏƏ əməkdaşlığının gələcək inkişafının aktual məsələləri müzakirə edilib.

Ticarət-iqtisadi əməkdaşlığın, o cümlədən nəqliyyat, logistika və enerji sektorlarında əməkdaşlığın təşviqinə də diqqət yetirilib.

Dünya neft bazarının sabitliyini təmin etmək üçün OPEC + çərçivəsində birgə işin səmərəliliyi qeyd edilib. Razılaşdırılmış qərarların bütün iştirakçı dövlətlər tərəfindən ardıcıl icrasını məmnunluqla qeyd olunub. Bu kontekstdə bir sıra Qərb ölkələrinin dünya ticarətinin prinsiplərinə zidd olaraq Rusiya neft xammalının qiymətinə anti-bazar məhdudiyyətləri tətbiq etmək cəhdləri ilə bağlı vəziyyətə toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR