Putin Belarusda nüvə silahlarının nə vaxt yerləşdiriləcəyini açıqlayıb

Putin Belarusda nüvə silahlarının nə vaxt yerləşdiriləcəyini açıqlayıb
# 09 iyun 2023 15:40 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Belarusda nüvə silahlarının nə vaxt yerləşdiriləcəyini açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsinə 7-8 iyulda onlar üçün qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra başlanılacağını söyləyib.

Qeyd edək ki, bu gün Soçidə Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında danışıqlar keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR