Putin Bəşər Əsədə zəlzələ ilə bağlı yardım təklif edib

Putin Bəşər Əsədə zəlzələ ilə bağlı yardım təklif edib
# 06 fevral 2023 17:09 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədlə telefonla danışıb.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin Əsədə başsağlığı verib və zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyi təklif edib.

Kremldən o da bildirilib ki, yaxın bir neçə saat ərzində Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Suriyaya uçacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR