Putin: “Bizim texnikamız Qərbin silahlarına effektiv müqavimət göstərir”

Vladimir Putin

© APA | Vladimir Putin

# 20 sentyabr 2022 16:03 (UTC +04:00)

Ukraynadakı yerli hərbi texnika Qərb silahlarına effektiv müqavimət göstərir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin müdafiə sənayesi kompleksinin inkişafı ilə bağlı müşavirədə bildirib.

“Mən bir faktı vurğulamaq istərdim ki, bizim texnikamız Qərbin silah modellərinə effektiv müqavimət göstərir”, - deyə Putin vurğulayıb.

O, Kiyevdəki mövcud rejimi dəstəkləmək üçün faktiki olaraq NATO-nun bütün arsenal ehtiyatlarının Ukraynaya göndərildiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR