Putin Əfqanıstanda aclığın başlanmasının mümkünlüyü ilə bağlı xəbərdarlıq edib

Putin Əfqanıstanda aclığın başlanmasının mümkünlüyü ilə bağlı xəbərdarlıq edib
# 23 dekabr 2021 17:42 (UTC +04:00)

İlkin növbədə Əfqanıstanın xarici banklardakı, xüsusi ilə də ABŞ-dakı dondurulmuş pul ehtiyatlarını geri qaytarmaq lazımdır ki, Əfqanıstan xalqına humanitar yardım olunsun. Əks halda orada aclıq baş verə bilər və bunun ağır nəticələri yaxın dövlətlərə də toxuna bilər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında söyləyib.

Putin Taliban qruplaşmasının tanınması perspektivinə də toxunub.

“Əfqanıstandakı Taliban hökumətini tanımağımıza gəldikdə, reallıqdan çıxış etmək lazımdır. Əfqanıstanda hakimiyyətə gələnlər ölkə rəhbərliyində bütün etnik qrupların təmsil olunmasını təmin etməlidirlər. Ancaq bu, Əfqanıstanda vəziyyətin sabitləşməsinə ümid doğura bilər. İndi nə etmək lazımdır? İndi Əfqanıstan xalqına yardım etmək lazımdır. Bunu ilk növbədə o ölkələr etməlidirlər ki, hansılar ki, Əfqanıstan iqtisadiyyatına, cəmiyyətinə böyük zərbə vurublar.”, - deyə Putin söyləyib.

Rusiya lideri Əfqanıstanda narkotik istehsalının artmasından narahat olduğunu qeyd edib. O həmçinin, Rusiyanın Əfqanıstanla yaxşı münasibətlər qurmaqda maraqlı olduğunu dilə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR