Putin Əfqanıstandakı vəziyyətdən narahatdır

Vladimir Putin

© APA | Vladimir Putin

# 06 dekabr 2021 18:12 (UTC +04:00)

“Rusiyanı terrorçuluqla, narkotik ilə əlaqəli olan hər şey narahat edir. Buna görə də Əfqanıstandakı vəziyyət Rusiyanı narahat etməyə bilməz”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşdə bildirib.

"Şübhəsiz ki, bizi terrorizm və onunla mübarizə ilə bağlı hər şeydən, o cümlədən, narkotiklər və mütəşəkkil cinayətkarlıqdan narahatıq. Bu baxımdan, əlbəttə ki, Əfqanıstandakı vəziyyət və onun necə inkişaf etməsi bizi narahat etməyə bilməz", - deyə V. Putin vurğulayıb.

O qeyd edib ki, Rusiya Federasiyası və Hindistanın müdafiə nazirləri və xarici işlər nazirlərinin görüşü ölkələr arasında əlaqələrin beynəlxalq səviyyədə inkişafının davam etdirilməsindən xəbər verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR