Putin: Əlavə səfərbərlik tədbirləri ilə bağlı danışıqların mənası yoxdur

Vladimir Putin

© APA | Vladimir Putin

# 07 dekabr 2022 18:51 (UTC +04:00)

İndiki şəraitdə Rusiyada əlavə səfərbərlik tədbirləri ilə bağlı danışıqların mənası yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, bu gün dövlətin və Müdafiə Nazirliyinin buna ehtiyacı yoxdur.

Qeyd edək ki, oktyabrın 31-də Putin Rusiyada qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırışın başa çatdığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR