Putin Ərdoğanla Türkiyəyə yardım göstərilməsini müzakirə edib - YENİLƏNİB

Putin Ərdoğanla Türkiyəyə yardım göstərilməsini müzakirə edib - YENİLƏNİB
# 06 fevral 2023 18:30 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla telefonla danışıb.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin Ərdoğana başsağlığı verib və kömək etməyə hazır olduğunu təsdiqləyib.

"Ərdoğan operativ reaksiyaya görə səmimi təşəkkürünü bildirib və bildirib ki, o, rusiyalı xilasedicilərinin köməyini qəbul etmək üçün göstəriş verib" ,- deyə Kremldən bildirilib.

***

17:54

Bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacaq.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə xəbər verir ki, Putin Ərdoğanla zəlzələdən zərər çəkənlərə yardım göstərilməsini müzakirə edəcək.

"Rusiya tərəfi də müvafiq kanallar vasitəsilə zəlzələdən xeyli zərər çəkən Türkiyə rəhbərliyinə təcili yardım göstərməyə hazır olduğunu bildirib. Vladimir Putin bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu məsələ ilə bağlı danışacaq”, - deyə Kremldən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR