Putin Ermənistana səfər edəcək

Putin Ermənistana səfər edəcək
# 09 noyabr 2022 20:24 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, telefon danışığı zamanı Putin və Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə hazırlığı müzakirə ediblər.

Qeyd edək ki, KTMT-nin sammiti noyabrın 23-də İrəvanda keçiriləcək. Vladimir Putin sammitdə iştirak etmək üçün noyabrın 22-də Ermənistana səfər edəcək.
Xatırladaq ki, Rusiya lideri sonuncu dəfə 2019-cu ilin 1 oktyabrında Ermənistanda səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR