Rusiya Prezidenti Vladimir Putin gələn həftə Ermənistanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etməyi planlaşdırır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Gələn həftə KTMT sammiti üçün Ermənistana səfər və Rusiya-Kuba danışıqları olacaq", - Kremlin sözçüsü Rusiya Prezidentinin gələn həftəyə planlaşdırılan iş qrafiki barədə danışarkən deyib.