Putin Gürcüstana sanksiyaların tətbiqinə qarşı çıxıb

Putin Gürcüstana sanksiyaların tətbiqinə qarşı çıxıb
  • Clock-gray 17:00
  • calendar-gray 09 İyul 2019

Rusiya prezidenti Vladimir Putin Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Gürcüstana qarşı müxtəlif sanksiyaların tətbiqinə gəldikdə, onu deyə bilərəm ki, məhz gürcü xalqına münasibətdə olan hörmətə görə bunu etməzdim”, - Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya Dövlət Duması Gürcüstana iqtisadi sanksiyaların tətbiq olunması təklifi ilə çıxış edib.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.

Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.

Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date