Putin hesab edir ki, Qərbin məqsədi Rusiyanı da SSRİ kimi məhv etməkdir

Vladimir Putin

© APA | Vladimir Putin

# 21 sentyabr 2022 11:03 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Qərbin məqsədi Rusiyanı məhv etməkdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə V. Putin bu gün televiziya ilə xalqa müraciətində bəyan edib.

“Qərbin məqsədi bizim ölkəmizi zəiflətmək, bölmək və son nəticədə məhv etməkdir”, - deyə o bildirib.

V. Putinin sözlərinə görə, artıq Qərbdə 1991-ci ildə SSRİ-ni dağıtmağa nail olduqlarını, indi isə Rusiyanın vaxtının çatdığını açıq şəkildə bildirirlər: “Artıq Qərbdə açıq şəkildə bildirirlər ki, 1991-ci ildə Sovet İttifaqını dağıtmağa nail olublar, indi isə Rusiyanın vaxtı çatıb. Qərbin məqsədi odur ki, Rusiya bir-biri ilə düşmənçilik edən çoxlu region və vilayətlərə ayrılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR