Putin KTMT liderləri ilə Qazaxıstandakı durumu müzakirə edib

Putin KTMT liderləri ilə Qazaxıstandakı durumu müzakirə edib
# 07 yanvar 2022 17:14 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin dünən və bu gün KTMT-yə üzv ölkələrin liderləri ilə bir sıra telefon danışıqları aparıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib.

O, Putinin Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon, Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar apardığını söyləyib.

Həmçinin, onun sözlərinə görə, Putin Qazaxıstan prezidenti Kasım Jomart Tokayevlə dəfələrlə telefonla danışıb: “Qazaxıstandakı vəziyyət və beynəlxalq terrorizmlə mübarizə, Qazaxıstan vətəndaşlarının asayişini və təhlükəsizliyini təmin etmək üçün KTMT mandatı çərçivəsində birgə fəaliyyət müzakirə edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR