Putin-Lukaşenko danışıqları başa çatıb

Vladimir Putin və Aleksandr Lukaşenko

© APA | Vladimir Putin və Aleksandr Lukaşenko

# 29 dekabr 2021 19:18 (UTC +04:00)

Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında Sankt-Peterburqda üç saata yaxın davam edən danışıqlar başa çatıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Putin-Lukaşenko danışıqları Konstantin sarayında baş tutub.

Rusiya lideri qeyd edib ki, son bir ildə ittifaq dövləti çərçivəsində inteqrasiya sahəsində - maliyyə, gömrük və fiskal qanunvericilikdə müsbət nəticələr əldə etmək mümkün olub: "Həqiqətən də bu il biz əsas istiqamətlər üzrə mövqelərin əlaqələndirilməsi istiqamətində mühüm addım atmışıq. İttifaq dövlətinin inkişafı üçün 28 proqram qəbul edilib".

Bundan əlavə, Putin iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi planlarından danışıb.

Lukaşenko da həmçinin hərbi sahədə əməkdaşlığı davam etdirməyi təklif edib.

"Unutmayın, münasibətlərimiz necə inkişaf etsə də, biz borc içində qalmayacağıq. Düşünürəm ki, biz hələ çox şey edə bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR