Putin müdafiə nazirinə yeni müavin təyin edib

Viktor Qoremıkin

© APA | Viktor Qoremıkin

# 28 iyul 2022 16:17 (UTC +04:00)

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar üzrə Baş İdarəsinin rəisi general-polkovnik Viktor Qoremıkin müdafiə nazirinin müavini - RF Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi təyin edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərman imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, ötən il noyabr ayından bu vəzifə general-polkovnik Gennadi Jidkoya həvalə olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR