Rusiya Prezidenti Vladimir Putin oktyabrda Qırğızıstana səfər etməyi planlaşdırır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin Qırğızıstanda Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır.
Peskov bir gün əvvəl Putinin Lukaşenko ilə telefon danışığı apardığını da təsdiqləyib.
Qeyd edək ki, gələn ay Putin Çinə də səfər edəcək. Kremlin açıqladığı məlumata görə, Rusiya prezidenti Çin lideri Si Cinpinin dəvəti ilə "Bir kəmər, bir yol" forumunda iştirak edəcək.