Putin Paşinyanla regionun nəqliyyat arteriyalarının açılmasını müzakirə edib - YENİLƏNİB

Putin Paşinyanla regionun nəqliyyat arteriyalarının açılmasını müzakirə edib  - YENİLƏNİB
# 23 noyabr 2022 23:20 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla nəqliyyat arteriyalarının açılmasını və böhranlı vəziyyətin nizamlanması məsələsini müzakirə etdiyini bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidenti İrəvanda Paşinyanla ikitərəfli görüşdə bildirib.

“Biz sizinlə görüşəndə, ​​hələ maşında gedəndə regional məsələləri, o cümlədən regionda nizamlanma məsələlərini müzakirə etdik, nəqliyyat arteriyalarının açılmasından danışdıq”, deyə Putin qeyd edib.

***

22.34

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Putin-Paşinyan ikitərəfli danışıqları İrəvanda keçirilir.

Qeyd edək ki, bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR