Putin: Qərb Ukrayna xalqından Rusiyaya qarşı yem kimi istifadə edir

Putin: Qərb Ukrayna xalqından Rusiyaya qarşı yem kimi istifadə edir
# 09 dekabr 2022 12:32 (UTC +04:00)

Qərbin istənilən yolla öz hökmranlığını saxlamaq cəhdləri nəticəsində dünyada münaqişə potensialı artır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-yə üzv dövlətlərinin müdafiə nazirlikləri nazirlərinin iclasının iştirakçılarına videomüraciətdə bildirib.

O, Qərbin qəsdən xaosun artmasına və beynəlxalq vəziyyətin gərginləşməsinə getdiyini söyləyib.

Putin qeyd edib ki, Qərb Ukraynanı müstəmləkəyə çevirib və Ukrayna xalqından Rusiyaya qarşı yem kimi istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR