Putin Qərbin “qaz şantajı” ilə bağlı iddialarına cavab verib

Vladimir Putin

© APA | Vladimir Putin

# 07 sentyabr 2022 12:31 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Qərbin “qaz şantajı” ilə bağlı iddialarına cavab verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda çıxış edən Putin Qərbin Rusiya Federasiyasının “qaz şantajı” siyasətindən istifadə etməsi ittihamlarına münasibət bildirərkən bu məsələdə Polşa və Ukraynanı günahlandırıb.

“Polşalılar özləri qaz kəmərini bağlayıblar. Ukraynalılar özləri qaz kəmərini bağlayıblar. Bu, onların qərarıdır”, - Rusiya Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR