Putin Qırğızıstana səfər edib

Putin Qırğızıstana səfər edib
# 09 dekabr 2022 06:50 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi İttifaqının (Aİİİ) iclasında iştirak etmək üçün Qırğızıstana gəlib.

APA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas iştirakçıları ümumi qaz bazarının formalaşdırılması, energetika sektorunda idarələrarası şuranın yaradılması, Aİİ məkanında inteqrasiyanın daha da dərinləşdirilməsi və vahid xidmətlər bazarının inkişafı məsələlərini müzakirə edəcəklər.

Həmçinin əsas müzakirə mövzularından biri də birlik və BƏƏ arasında potensial azad ticarət sazişi olacaq.

Qeyd olunur ki, sammit çərçivəsində Rusiya lideri həmkarları ilə ikitərəfli formatda danışa biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR