Putin “qlobal NATO” ideyasını İkinci Dünya Müharibəsinin “ox” ölkələri ilə müqayisə edib

Vladimir Putin

© APA | Vladimir Putin

# 26 mart 2023 12:26 (UTC +04:00)

Asiya-Sakit okean regionu ölkələrinin iştirakı ilə “qlobal NATO”nun yaradılması ideyası İkinci Dünya Müharibəsi zamanı hərbi blok "ox"unu xatırladır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində deyib.

"ABŞ nə edir? Onlar getdikcə daha çox yeni ittifaqlar yaradırlar. Bu da Qərb analitiklərinə, Qərb politoloqlarına deməyə əsas verir ki, Qərb yeni "ox"lar qurur", - deyə Putin vurğulayıb.

O qeyd edib ki, Şimali Atlantika alyansının yeni strateji konsepsiyası açıq şəkildə Asiya-Sakit okean regionu ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi planlarından və “qlobal NATO” yaratmaq niyyətindən bəhs edir. “Qərb analitiklərinin özləri - biz yox, onlar deyirlər ki, Qərb hələ 1930-cu illərdə Almaniya və İtaliyadakı faşist rejimlər və militarist Yaponiya tərəfindən yaradılmış "ox"а bənzər yeni "ox"u qurmağa başlayır”, - deyə Rusiya prezidenti əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR