Putin-Rəisi danışıqlarının gündəliyi açıqlanıb

Putin-Rəisi danışıqlarının gündəliyi açıqlanıb
# 18 yanvar 2022 13:19 (UTC +04:00)

Kreml Rusiya və İran liderlərinin danışıqlarında gündəlikdə duran məsələləri açıqlayıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vladimir Putin və İbrahim Rəisi yanvarın 19-da keçiriləcək danışıqlarda iqtisadi, beynəlxalq və regional mövzularla bağlı birgə layihələrin reallaşdırılmasını müzakirə edəcəklər.

“Putin və Rəisi İranın nüvə proqramı ilə bağlı Birgə hərtərəfli fəaliyyət planının icra edilməsi problemini də müzakirə edəcəklər”- deyə Kremlin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR