Putin Rəşid Nurqaliyevi Təhlükəsizlik Şurası katibinin birinci müavini təyin edib

Putin Rəşid Nurqaliyevi Təhlükəsizlik Şurası katibinin birinci müavini təyin edib
# 06 fevral 2023 15:10 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin keçmiş daxili işlər naziri Rəşid Nurqaliyevi Təhlükəsizlik Şurası katibinin birinci müavini təyin edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Putin bu gün fərman imzalayıb.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Yuri Averyanov tutub. O, Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedevin müavini təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR