Putin Roqozini “Roskosmos”un rəhbəri postundan azad edib

Dmitri Roqozin

© APA | Dmitri Roqozin

# 15 iyul 2022 16:17 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Denis Manturovun Baş nazirin müavini - sənaye və ticarət naziri postuna təyinatını təsdiqləyib.

APA TASS-a istinadən xəbər verir ki, Putinin digər qərarı ilə Baş nazirin digər müavini Yuri Borisov vəzifəsindən azad edilib.

Eyni zamanda, Putin Dmitri Roqozini “Roskosmos”un baş direktoru postundan azad edib.

Roqozini bu vəzifədə Yuri Borisov əvəzləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR