Putin: "Rusiya büdcəsinin vəziyyəti hazırda G20 ölkələrinin əksəriyyətindən yaxşıdır" 

Vladimir Putin

© APA | Vladimir Putin

# 12 sentyabr 2022 15:46 (UTC +04:00)

Rusiya büdcəsinin vəziyyəti hazırda G20 ölkələrinin əksəriyyətindən yaxşıdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirib.

Rusiya prezidenti qeyd edib ki, ölkə iqtisadiyyatının struktur restrukturizasiyası üçün bütün şəraiti yaratmaq lazımdır.

“Bizim prioritetimiz makroiqtisadi sabitliyi və davamlılığı qorumaqdır. Həmişə olduğu kimi, burada da mübahisələrimiz var - nəyə daha çox diqqət yetirməliyik, vəsaiti hara ayırmalı və ya təhlükəsizlik yastığını yaratmalı, onu yeni şəraitdə necə yaratmalı və müasir şəraitdə təhlükəsizlik yastığı nədir, de-dollarlaşma prosesi nə vaxt gedir?”,- deyə Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR