Putin Rusiya ilə bağlı Avropa Şurasının beynəlxalq müqavilələrinə xitam verilməsi layihəsini Dumaya təqdim edib

Putin Rusiya ilə bağlı Avropa Şurasının beynəlxalq müqavilələrinə xitam verilməsi layihəsini Dumaya təqdim edib
# 17 yanvar 2023 19:28 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ölkəsinə münasibətdə Avropa Şurasının beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə məlumat rəsmi hüquq informasiya portalında yerləşdirilib.

Bildirilib ki, Putin Rusiya Federasiyasına münasibətdə Avropa Şurasının beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Putin Terrorçuluğa Qarşı Mübarizə üzrə Avropa Konvensiyasının denonsasiyası və insan hüquqlarının və əsas azadlıqların müdafiəsi üzrə konvensiyanın denonsasiyası ilə bağlı layihələri Dövlət Dumasına təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR