Putin: “Rusiya sanksiyalara görə, müəyyən mənada güclənir”

Vladimir Putin

© APA | Vladimir Putin

# 26 may 2022 15:18 (UTC +04:00)

Avrasiya İqtisadi Birliyi ölkələrinin qarşılıqlı ticarətində milli valyutalarla hesablaşmaların payı 75%-ə çatıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunda çıxışında bildirib.

"Biz milli ödəniş sistemlərinin və bank kartlarının uyğunlaşdırılması və qarşılıqlı istifadəsi üzərində işi davam etdirəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.

Vladimir Putin həmçinin qeyd edib ki, Rusiya qlobal iqtisadi arenadan çıxmaq fikrində deyil və sanksiyalar hamıya təsir edir, inkişaf etmiş ölkələrdə 40 ildir ki, belə inflyasiya olmayıb. O bildirib ki, Rusiya sanksiyalara görə, müəyyən mənada güclənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR