Putin: Rusiya və İran milli valyutalarda hesablaşmaları intensivləşdirmək barədə razılığa gəlib

Putin: Rusiya və İran milli valyutalarda hesablaşmaları intensivləşdirmək barədə razılığa gəlib
# 19 iyul 2022 23:38 (UTC +04:00)

Biz Hərtərəfli Birgə Fəaliyyət Planını canlandırmağa çalışmalıyıq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Hərtərəfli Birgə Fəaliyyət Planı yenidən canlandırılmalı və hər kəs ayrıseçkilik etmədən onu həyata keçirməlidir"

Putin qeyd edib ki, Astananın qarant ölkələrinin başçılarının görüşü çox faydalı və mənalı olub: "Əhəmiyyətli məsələləri ətraflı nəzərdən keçirdik. Üç ölkənin hərəkatının konsolidasiyası Suriyada vəziyyətin normallaşmasına fayda verəcək. İran lideri ilə yaxşı ikitərəfli danışıqlarımız oldu. Hər iki tərəfdən bildirildi ki, ikitərəfli münasibətlər hərtərəfli inkişaf etdirilməli, regional və beynəlxalq məsələlərdə əməkdaşlıq edilməlidir."

O qeyd edib ki, İran prezidenti ilə müzakirə aparılaraq milli valyutaların istifadəsini gücləndirmək, iqtisadi və ticari əlaqələri inkişaf etdirmək barədə razılığa gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR