Putin Rusiyanın Ukrayna münaqişəsində tərəf olmadığını açıqlayıb

Putin Rusiyanın Ukrayna münaqişəsində tərəf olmadığını açıqlayıb
# 23 dekabr 2021 15:32 (UTC +04:00)

Rusiyanı Ukraynanın cənub-şərqindəki münaqişədə tərəf etmək istəyirlər. Amma Rusiya tərəf deyil.

APA-nın Moskva müxbirinin verdiyi məlumat görə, bunu Rusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında bildirib.

O, Rusiyanın Ukraynanın cənub-şərqindəki münaqişənin nizamlanmasında vasitəçi olduğunu söyləyib: “Rusiya vasitəçidir, amma onu tərəf etmək istəyirlər. Biz bunu istəmirik. Minsk razılaşmasında da Rusiya vasitəçi kimi qeyd olunub”.

Putin Donbasın taleyinin necə həll olunmalı olduğu ilə bağlı mövqeyini də açıqlayıb: “Donbasın gələcəyini onun sakinləri müəyyən edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR