Putin Rusiyanın Ukraynanın Aİ-yə üzvlüyünə qarşı olmadığını bildirib

Putin Rusiyanın Ukraynanın Aİ-yə üzvlüyünə qarşı olmadığını bildirib
# 17 iyun 2022 19:57 (UTC +04:00)

Biz Ukraynanın Avropa Birliyinə üzv olmasına qarşı deyilik. Bu hərbi blok deyil.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda müzakirələr zamanı deyib.

Putin Ukraynada gedən hərbi əməliyyatları faciə adlandırıb amma Rusiyaya başqa seçim yolu qoyulmadığını əlavə edib.

O həmçinin, Rusiyanın heç kəsi nüvə silahı ilə təhdid etmədiyini lakin ölkənin suverenliyini qorumaq üçün nüvə silahı tətbiq edə biləcəklərini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR