Putin Rusiyaya qarşı sanksiyaların uğursuzluğa düçar olduğunu bildirib

Putin Rusiyaya qarşı sanksiyaların uğursuzluğa düçar olduğunu bildirib
# 20 may 2022 17:22 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının geniş iclasını keçirib.

APA TASS-a istinadən xəbər verir ki, Putin Rusiyaya qarşı kibermüharibə elan olunduğunu deyib.

“Rusiyanın informasiya məkanına kiberhücumların sayı son illər ərzində artmaqdadır. Ukraynada, Donbasda xüsusi əməliyyat başlayandan bəri isə bu sferada hücumlar daha kəskin, ciddi və genişmiqyaslı olub”, - o deyib.

O, hücumların bir neçə ölkədən koordinasiyalı şəkildə təşkil edildiyini və buna dövlət səviyyəsdində dəstək verildiyini əlavə edib.

Rusiya lideri kiberhücumların və sanksiyaların uğursuzluğa düçar olduğunu əlavə edib.

“Bizə qarşı kiberaqressiya və ümumilikdə sanksiyalar uğursuzluğa düçar olub. Ümumilikdə, biz bu hücumlara hazır idik və bu son illərin sistemli işinin nəticəsidir”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR