Putin Şavkat Mirziyoyevlə telefon danışığı aparıb

Putin Şavkat Mirziyoyevlə telefon danışığı aparıb
# 30 noyabr 2022 16:35 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı dövlət başçıları iki ölkə arasında iqtisadi əməkdaşlığın aktual məsələlərini və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

"Ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə, o cümlədən perspektivli birgə layihələrin həyata keçirilməsinə toxunulub”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR