Putin səfərbərliyə qanunsuz çağırılan vətəndaşların geri qaytarılmasını tələb edib - YENİLƏNİB

Vladimir Putin

© APA | Vladimir Putin

# 29 sentyabr 2022 21:23 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə qismən səfərbərliyi müzakirə edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu gün Rusiya Prezidentinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin operativ müşavirəsi keçirilib.

Putin bildirib ki, səfərbərliyə yalnız ehtiyatda olan vətəndaşlar, ilk növbədə, tələb olunan ixtisasa və təcrübəyə malik olan şəxslər cəlb olunur.

Rusiya Prezidenti səfərbərlik zamanı bütün səhvləri düzəltməyi və qanunsuz çağırılan vətəndaşların geri qaytarılmasını tələb edib.

***

Saat 14:23

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək və bir sıra beynəlxalq telefon danışıqları aparacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Prezident MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 18-ci iclasını keçirəcək. O qeyd edib ki, mövcud vəziyyət - "xarici və daxili təhdidlərin çoxalması" fonunda MDB dövlətlərinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin üzərinə xüsusi yük və məsuliyyət düşür.

"Bu tədbirin sonunda Prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirməyi planlaşdırır və biz bir neçə beynəlxalq telefon danışıqlarını istisna etmirik", - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR