Putin Slutski və Kalaşnikova fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

Leonid Slutski

© APA | Leonid Slutski

# 05 iyul 2022 13:58 (UTC +04:00)

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski və MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlər əlaqələr komitəsinin sədri Leonid Kalaşnikova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“Prezidentin fərmanı ilə Slutski və Kalaşnikova Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib”, - Rusiya parlamentinin aşağı palatasının spikeri vurğulayıb.

O qeyd edib ki, bu, yüksək qiymətdir, parlamentin rolunun artmasıdır: “Bu, səlahiyyətlərini icra edən deputatlara münasibətdə ilk dəfədir ki, baş verir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR