Putin Soçidə İsrailin Baş naziri ilə görüşüb

Vladimir Putin, Naftali Bennet

© APA | Vladimir Putin, Naftali Bennet

# 22 oktyabr 2021 11:54 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Naftali Bennet arasında görüş keçirilib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Rusiya və İsrail liderlərinin görüşü Soçi şəhərində baş tutub.

Görüşün protokol hissəsində çıxış edən Rusiya lideri Naftali Bennetin səfərinin Rusiya-İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etdiyini bildirib.

“Rusiya ilə İsrail arasında unikal münasibətlər qurulub. Ümid edirəm ki, sizin rəhbərlik etdiyiniz yeni hökumət əvvəlki hökumətin Rusiya ilə yürütdüyü siyasəti davam etdirəcək”, - V. Putin vurğulayıb.

N. Bennet isə çıxışında Rusiya ilə İsrailin xüsusi münasibətlərinin olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR