Putin Şoltsla “Şimal axını”ndakı partlayışı da müzakirə edib

Putin Şoltsla “Şimal axını”ndakı partlayışı da müzakirə edib
# 02 dekabr 2022 15:29 (UTC +04:00)

“Şimal axını” qaz kəmərlərindəki terror aktının Rusiyanın ixtisaslaşmış strukturlarının iştirakı ilə şəffaf təhqiqatına ehtiyac var.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsa telefon danışığı zamanı deyib.

“Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinə qarşı terror aktı baş verib, onun şəraiti Rusiyanın ixtisaslaşmış strukturlarının iştirakı ilə şəffaf təhqiqat tələb edir”, - Putin bildirib.

Qeyd edək ki, Kreml Rusiya və Almaniya liderləri arasında telefon danışığı barədə məlumat yayıb. Bildirilib ki, liderlər Ukrayna ətrafındakı vəziyyətin müxtəlif aspektlərinə dair müzakirə aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR