Putin: “SSRİ-dən qalan əlaqələr MDB ölkələrinə pandemiyanı daha yaxşı keçirməyə imkan verir”

Vladimir Putin

© APA | Vladimir Putin

# 28 dekabr 2021 15:47 (UTC +04:00)

SSRİ dövründən qorunub saxlanılan əlaqələr MDB ölkələrinə pandemiyanın çətin dövrlərini bir sıra ölkələrdən daha yaxşı keçirməyə imkan verir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammitində çıxışında bildirib.

“Bugünkü tədbirə görə görüşün təşəbbüskarlarına təşəkkür etmək istərdim. Onun Rusiyada, Sankt-Peterburqda keçirilməsinə baxmayaraq, praktiki olaraq hər biriniz bu və ya digər şəkildə görüşün məhz bu müstəvidə təşkilinin lehinə çıxış etdiniz”, - V. Putin vurğulayıb.

Putin MDB çərçivəsində inteqrasiyanın bir çox istiqamətlərdə, o cümlədən iqtisadi və təhlükəsizliyin təmin olunması sahəsində dərinləşdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR