Putin Stalinqrad döyüşündəki qələbənin 80-ci ildönümündə Volqoqrada səfər edəcək

Vladimir Putin

© APA | Vladimir Putin

# 29 yanvar 2023 16:12 (UTC +04:00)

Rusiyanın Prezidenti Vladimir Putin Volqoqrad vilayətinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Moskva, Kreml, Putin” verilişinin jurnalisti Pavel Zarubin bildirib.

Prezidentin səfəri Stalinqrad döyüşündə qələbənin 80-ci ildönümünün qeyd edilməsinə təsadüf edəcək.

Zarubinin sözlərinə görə, dövlət başçısı yanvarın 30-dan fevralın 5-dək rayonda olacaq. Eyni zamanda, həftənin əvvəlində Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcəyi də gözlənilir.

Qeyd edək ki, fevralın 2-də, Stalinqrad döyüşündə qələbənin 80-ci ildönümü günündə Volqoqradda hərbi parad, Mamayev Kurqan haqqında videoinstalyasiya, konsert və atəşfəşanlıq keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR