Putin tez-tez Kremldəki mənzilində gecələdiyini açıqlayıb

Putin tez-tez Kremldəki mənzilində gecələdiyini açıqlayıb
# 26 mart 2023 00:57 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin tez-tez Kremldəki mənzilində gecələdiyini açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin Rossiya1 kanalına müsahibəsində bildirib. Çin lideri Si Cinpinin Rusiyaya səfərinin birinci günü onunla Kremldə keçirdiyi qeyri-rəsmi görüşdən danışan Putin Kremldə mənzilinin olduğunu açıqlayıb.

Rusiya lideri bildirib ki, Si Cinpinin səfərinin birinci günündə onlar işgüzar nahar ediblər, sonra o, Çin liderini tez-tez işlədiyi və gecələdiyi Kremldəki mənzilinə dəvət edib.

Rusiya prezidenti Si Cinpinin aktual gündəmin bütün problemlərindən yüksək məlumatlı olduğunu, onun təfərrüatlara diqqət yetirdiyini qeyd edib. Putin həmçinin Si Cinpini çox maraqlı həmsöhbət adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin Ukrayna müharibəsi başlayandan bəri Kremldəki mənzildən "çox tez-tez" istifadə etdiyini söyləyib.

"Xüsusi hərbi əməliyyat başlayandan bəri çox tez-tez və iş qrafiki sıx olduğundan istifadə edir", deyə Peskov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR