Putin: Ukraynadakı münaqişənin tez bitməsi üçün hər şeyi edəcəyik

Putin: Ukraynadakı münaqişənin tez bitməsi üçün hər şeyi edəcəyik
# 16 sentyabr 2022 17:53 (UTC +04:00)

Rusiya Ukraynadakı münaqişənin mümkün qədər tez bitməsi üçün hər şeyi edəcək, lakin Kiyev danışıqlardan imtina edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə deyib.

"Ukraynadakı münaqişə ilə bağlı mövqeyinizi, daim ifadə etdiyiniz narahatlığınızı bilirəm. Bütün bunların mümkün qədər tez bitməsi üçün hər şeyi edəcəyik", Rusiya Prezidenti vurğulayıb.

Bununla yanaşı, Putin Ukrayna rəhbərliyinin danışıqlar prosesindən imtina etdiyini bəyan etməsindən təəssüfləndiyini söyləyib. O qeyd edib ki, Ukrayna hərbi yolla öz məqsədlərinə çatmaq istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR