Putin: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olsa, cavabımız sürətli olacaq”

Putin: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olsa, cavabımız sürətli olacaq”
# 27 aprel 2022 17:50 (UTC +04:00)

Əgər Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, cavabımız sürətli olacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, Rusiyaya təhlükə yaradılacağı halda, opponentlərində olmayan silahlardan istifadə edəcəklərini bəyan edib.

Rusiya lideri Ukraynadakı hərbi əməliyyatların hədəflərinə çatana qədər davam edəcəyini vurğulayıb.

"Xüsusi əməliyyatın başlanması Rusiyanın başını almış real təhlükənin qarşısını alıb. Opponentlərimizə dünyada Rusiya kimi böyük ölkə lazım deyil", - o deyib.

Putinin fikrincə, Ukraynanı Rusiya ilə müharibəyə kənar ölkələr sürükləyib. O, Qərbin rusofoblara və nasistlərə dəstəyini də yeni geosiyasi silah adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR