Putin və Bayden arasında telefon danışığı başa çatıb - YENİLƏNİB

Putin və Bayden arasında telefon danışığı başa çatıb - YENİLƏNİB
# 31 dekabr 2021 03:10 (UTC +04:00)

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında telefon danışığı başa çatıb.

APA-nın məlumatına görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Ağ Evin mətbuat xidməti daha əvvəl söhbətin 50 dəqiqə davam etdiyini bildirib. Cümə axşamı Vaşinqton vaxtı ilə saat 15.35-də (Bakı vaxtı ilə 00.35) başlayıb və cümə axşamı 16.25-də (Bakı vaxtı ilə 01.25) başa çatıb.

Peskov daha əvvəl bildirib ki, iki ölkə başçıları arasında telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub. Təmasların məqsədi iki liderin videobağlantı vasitəsilə son danışıqları zamanı müəyyən edilmiş məsələləri müzakirə etmək olub.

Liderlər bir sıra mövzuları, o cümlədən yanvarın 10-da gözlənilən ABŞ-Rusiya danışıqlarını, həmçinin NATO-Rusiya Şurasının iclasını və ATƏT-in ərazisində keçiriləcək görüşü müzakirə etməyi planlaşdırıblar.

***

01:26

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Bəli. Biz vaxtında başladıq", deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə bildirib ki, Rusiya və ABŞ liderləri arasında telefon danışığı Vaşinqton vaxtı ilə saat 15:35-də (Bakı vaxtı ilə 00:35) başlayıb. O, əlavə edib ki, Bayden hazırda həftə sonunu keçirdiyi Delaver ştatının Uilminqton şəhərindəki evindədir.

İki liderin telefon danışığı hələlik mətbuata qapalıdır.

Qeyd edək ki, bu, son bir ayda iki prezident arasında ikinci söhbətdir. Birinci dəfə dekabrın 7-də Putin və Bayden arasında telekonfrans formatında 2 saat danışıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR