Putin və Ərdoğan təhlükəsizlik təminatları ilə bağlı təklifləri müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 02 yanvar 2022 16:52 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonda təhlükəsizlik zəmanəti ilə bağlı Rusiyanın təkliflərini müzakirə ediblər.

APA bildirir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Məlumata görə, telefon danışığı zamanı Vladimir Putin və Tayyib Ərdoğan təhlükəsizlik təminatları, Cənubi Qafqaz, Suriya və Liviyadakı vəziyyətlə bağlı Rusiyanın təkliflərini müzakirə ediblər.

Qeyd edilir ki, beynəlxalq mövzulara da toxunulub:

“O cümlədən Rusiya Federasiyasının təhlükəsizliyinə zəmanət verən qanunla rəsmiləşdirilmiş müqavilələrin işlənib hazırlanması üzrə məlum təkliflər müzakirə edilib.

Cənubi Qafqazdakı vəziyyət, Suriya və Liviyadakı məsələlərin nizamlanması məsələləri barədə də danışıq olub”.

Bundan əlavə, Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığı daha da intensivləşdirmək niyyətlərini təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR