Putin və Lukaşenko qeyri-rəsmi görüşəcəklər

Putin və Lukaşenko qeyri-rəsmi görüşəcəklər
  • Clock-gray 15:28
  • calendar-gray 15 İyul 2019

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş baş tutacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb. 

İki ölkə lideri arasında görüş iyulun 17-də Sankt-Peterburqda keçiriləcək. İyulun 18-də isə V.Putin və A.Lukaşenko Rusiya və Belarus regionlarının forumu çərçivəsində keçirilən plenar sessiyada iştirak edəcəklər.

Qeyd edək ki, Rusiya və Belarus regionlarının VI forumu iyulun 16-dan 18-dək davam edəcək. 
 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date