Putin və Lukaşenko Sankt-Peterburqda görüşəcək

Vladimir Putin, Aleksandr Lukaşenko

© APA | Vladimir Putin, Aleksandr Lukaşenko

# 23 iyun 2022 16:38 (UTC +04:00)

Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko iyunun 25-də Sankt-Peterburqda görüşəcəklər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

İyunun 25-də Sankt-Peterburqda liderlərin görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala Kremlin sözçüsü “Bəli” cavabını verib.

Daha əvvəl Peskov jurnalistlərə Lukaşenkonun Rusiyaya qeyri-rəsmi səfərlə gəldiyini, liderlərin iyunun 23 və 24-də Rusiya prezidentinin Zavidovodakı iqamətgahında görüşəcəklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR