Putin və Mirziyoyev Rusiya və Özbəkistan arasındakı əməkdaşlığın əsas məsələlərini müzakirə ediblər

Şavkat Mirziyoyev və Vladimir Putin

© APA | Şavkat Mirziyoyev və Vladimir Putin

# 24 iyul 2022 13:46 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Özbəkistan prezidenti Şavkat Mirziyoyevi 65 illik yubileyi münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Siyasətçilər ikitərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə ediblər.

Bəzi beynəlxalq mövzulara da toxunulub, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının bu ilin payızında Özbəkistanda keçirilməsi planlaşdırılan iclasına hazırlıq kontekstində.

Putin və Mirziyoyev Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini gücləndirməkdə qarşılıqlı niyyətlərini təsdiqləyiblər.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti özbək həmkarının iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində böyük xidmətlərinə görə Aleksandr Nevski ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR