Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda telefon danışığı zamanı MDB Dövlət başçıları Şurasının Aşqabadda keçirilən iclasında müzakirə olunan məsələlərə toxunulduğu bildirilib.