Putin və Paşinyan sanksiyaların tətbiqindən narahatlıq ifadə edibər

Putin və Paşinyan sanksiyaların tətbiqindən narahatlıq ifadə edibər
# 19 aprel 2022 21:49 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan bir sıra ölkələr tərəfindən birtərəfli sanksiyaların tətbiq olunmasından narahatlıq ifadə edibər.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda bildirilib.

"Vladimir Putin və Nikol Paşinyan bir sıra ölkələrin birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etməsindən narahat olduqlarını ifadə ediblər. Onlar iki ölkənin ərzaq və enerji təhlükəsizliyi, logostika və digər sahələrdə sanskiyaların səbəb olduğu çətinliklərin öhdəsindən birlikdə gəlmək niyyətlərini bildiriblər",- deyə bəyənatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR